Film kimi cinayət: Əvvəlcə dostuna, sonra özünə atış açdı

Film kimi cinayət: Əvvəlcə dostuna, sonra özünə atış açdı

Faktla bağlı cinayət işi açılıb

 

Türkiyənin Fatih bölgəsində bir mühafizəçi əvvəlcə dostuna, daha sonra isə özünə atəş açıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağır yaralanan hər iki mühafizəçi xəstəxanaya aparılıb.

 

Hadisə ərazidə yerləşən kafelərin birində, Türkiyə vaxtı ilə saat 22.40 radələrində baş verib. Kafedə görüşən mühafizəçilərdən biri əvvəlcə belindəki silahı çıxarıb, sonra dostuna atəş açıb.

 

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım heyəti cəlb olunub. Yaralılara ilkin tibbi müdaxilədən sonra hər ikisi xəstəxanaya aparılıb. Hər iki yaralının həyati təhlükəsi olduğu bildirilib. 

 

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Müəllif: Ayna.az      28 Dekabr 2019 04:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin