Silah satışından ən çox gəlir əldə edən ölkə məlum olub

Silah satışından ən çox gəlir əldə edən ölkə məlum olub

Silahların, təxminən 44,2 faizi Aİ və NATO-ya üzv olmayan və Almaniyanın müttəfiqi hesab edilməyən ölkələrə göndərilib

 

Almaniyanın silah və hərbi texnika satışları 2019-cu ilin yanvar-dekabr ayları ərzində rekord həddə çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkə son bir il ərzində silah satışından 8 milyard avro gəlir əldə edib.

 

Məlumata görə, Almaniyanın il ərzində ən çox silah satdığı ölkə Avropa İttifaqı (Aİ) və NATO-nun üzvü olan Macarıstan Respublikası olub. Belə ki, Almaniya Macarıstana 1 milyard 770 milyon avro civarında silah satmağa müvəffəq olub.

 

Statistikaya görə, Almaniyadan ən çox silah alan ikinci ölkə Misir Ərəb Respublikasıdır. Misirlilər son bir il ərzində almanlardan 802 milyon avro dəyərində silah əldə edib. Misiri 483 milyon avroluq silah alışı ilə ABŞ təqib edib.

 

Məlumatda o da qeyd olunub ki, silahların, təxminən 44,2 faizi Aİ və NATO-ya üzv olmayan və Almaniyanın müttəfiqi hesab edilməyən ölkələrə göndərilib.

 

Qeyd edək ki, rəsmi Berlin 2015 və 2017-ci illərdə də silah və hərbi texnikanın satışı ilə rekord qırmışdı.

Müəllif: Ayna.az      27 Dekabr 2019 19:33
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin