Cəmiyyətdə böyük məyusluq – Ümidlər doğrulmadı

Cəmiyyətdə böyük məyusluq –         Ümidlər doğrulmadı

Ekspert: “Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur”

 

Bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin 22-27 nömrəli binalarındakı 248 mənzilin seçim prosesini başa çatdırıb. Mənzil seçimi proseduru saat 11:00-da başlayıb və ildırım sürəti ilə tamamlanıb.

 

MİDA mənzillərin seçim prosedurunun www.e-gov.az elektron hökumət portalındakı güzəştli mənzil sistemi vasitəsilə şəffaf, təhlükəsiz və fasiləsiz şəkildə həyata keçirildiyi bildirir. Ancaq müstəqil müşahidəçilər bu prosedurun şəffaflığına şübhə edirlər.

 

İqtisadçı-ekspert Rəşad Həsənov AYNA-ya deyib ki, mənzillərin satışı sürətli şəkildə keçirilib və bir çoxları xəyal qırıqlığına uğrayıb: “Əhalinin böyük əksəriyyəti MIDA-nın fəaliyyətinə ciddi şübhə edir. Şikayətlərdən belə anlaşılır ki, hətta xüsusi elektron proqram - CAPTCHA belə bir "nou-hau"nun (istehsalahat sirri – red.) qarşısını ala bilmir. Son iki satış əməliyyatı deyilənlərin sübutudur. Həssas sosial təbəqələrin məyus olması güzəştli mənzil proqramının mahiyyətinə uyğun deyil. Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur”.

Müəllif: Tanya Samsonova      29 Dekabr 2019 14:43
Cəmiyyət bölməsinə aid digər xəbərlər
29 Sentyabr
14:53
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - PREZİDENT
29 Sentyabr
13:22
İnternetə senzuranın tətbiqi təqdirəlayiqdir, amma iki problemli məqam var
29 Sentyabr
10:29
Mənim qardaşım belə eləməzdi – AXI NİYƏ?!
28 Sentyabr
23:14
Keçmişə qayıdış: Ərzaq talonları əvəzinə vətəndaşın rifahını yaxşılaşdırın
28 Sentyabr
22:05
“Azərbaycan uğurlu əks-hücum əməliyyatları həyata keçirir” - PREZİDENT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin