Bu piroqu alsan, içindən 10 min avro çıxacaq

Bu piroqu alsan, içindən 10 min avro çıxacaq

Piroqu Avropanın başqa şəhərindən də sifariş etmək mümkün olacaq

 

İspaniyada “Conrado” adlı fabrik (Kastiliya-i-Leon avtonom vilayətində) Yeni illə bağlı içərisində pul kuponu olan şiriniyyatları satışa çıxarıb. Builki sürpriz piroqun içərisinə 10 min avroluq kupon yerləşdirilib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, 29 dekabr-6 yanvar tarixlərində İspaniyanın hər yerində satışa çıxarılaçaq desertləri Avropanın başqa şəhərindən də sifariş etmək olacaq.

 

Qeyd edək ki, “Conrado” rəhbərliyi ilk dəfə belə sürprizli şirniyyat istehsalını 2009-cu ildə həyata keçirmişdi və məqsəd alıcı səviyyəsini yüksəltmək idi. İlk sürpriz piroqa 500 avroluq, daha sonra artırılaraq yüksək məbləğdə kupon yerləşdirilmişdi. Ötən il kuponu təsadüf nəticəsində internetdən piroq sifariş etmiş 8 nəfərdən ibarət ailə qazanmışdı.

Müəllif: Ayna.az      27 Dekabr 2019 20:39
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin