Daha bir avtomobil qəzası baş verib

Daha bir avtomobil qəzası baş verib

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir

 

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, rayonun Düz Yurd kəndində “Infiniti” markalı minik maşını yoldan çıxaraq, aşıb. 

 

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Abşeron rayon sakini, 1999-cu il təvəllüdlü Nağızadə Nicat Ədalət oğlu və rayonun Arıxdam kənd sakini, 1998-ci il təvəllüdlü Məmmədov Rusal Natiq oğlu  xəsarət alıblar.

 

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Müəllif: Ayna.az      27 Dekabr 2019 17:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin