İdmançılarımız 271 qızıl medal qazanıblar

İdmançılarımız 271 qızıl medal qazanıblar

Medalların 271-i qızıl, 238-i gümüş, 141-i isə bürünc medaldır

 

Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar. AYNA xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilir.

 

Medalların 271-i qızıl, 238-i gümüş, 141-i isə bürünc medaldır. Olimpiya idman növlərində 90 qızıl, 96 gümüş 141 bürünc medal əldə edilib. Qeyri-olimpiya idman növlərində isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal qazanılıb. 

 

İdmançılar Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 5 qızıl, 10 gümüş, 13 bürünc, ümumilikdə, 28 medal, İtaliyanın Neapol şəhərində XXX Ümümdünya Universiadasında 2 qızıl, 3 gümüş, 2 bürünc, ümumilikdə, 7 medal əldə ediblər. 

 

Bakıda təşkil olunan Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası ilk dəfə medal sıralamasında 4-cü olub. İdmançılar 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, umumilikdə, 23 medal qazanıblar. 

Müəllif: Ayna.az      27 Dekabr 2019 15:50
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin