FHN gücləndirilmiş iş rejiminə keçir

FHN gücləndirilmiş iş rejiminə keçir

Bununla bağlı Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb

 

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində çalışacaq.

 

AYNA xəbər verir ki, gücləndirilmiş iş rejimi 31 dekabr 2019-cu il tarixindən 7 yanvar 2020-ci il tarixinədək davam edəcək.

 

Bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.

Müəllif: Ayna.az      27 Dekabr 2019 14:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin