Polis ticarət mərkəzlərində reydlər keçirir

Polis ticarət mərkəzlərində reydlər keçirir

Yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulatlar götürülüb

 

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları paytaxtın Abşeron və Qaradağ rayonları ərazisində reydlər keçiriblər.

 

Reydlər nəticəsində Xırdalan şəhərindəki bir köşkdən 2120 ədəd, “Sədərək” ticarət mərkəzində Z.Mirzəyevdən isə 1750 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat götürülüb.

Müəllif: Ayna.az      27 Dekabr 2019 14:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin