Yəməndə döyüşçülər öldürülüb

Yəməndə döyüşçülər öldürülüb

Husilərlə hökumət qüvvələri arasındakı qarşıdurma uzun müddətdir davam edir

 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya qüvvələri Husi yaraqlılarının hədəflərinə atəş açıb. AYNA xəbər verir ki, hadisə nəticəsində 15 husi döyüşçüsü öldürülüb.  

 

Qeyd edək ki, qeyri-sabitliyin hökm sürdüyü Yəməndə husilərlə hökumət qüvvələri arasındakı qarşıdurma uzun müddətdir davam edir.

 

Belə ki, husilər, İran İslam Respublikasının dəstəyi ilə 2014-cü ildən etibarən bir sıra şəhərləri nəzarətə götürüb. Lakin 2015-ci ildən başlayaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisya qüvvələri Yəmən hökumətinə dəstək verməyə başlayıb.

Müəllif: Ayna.az      27 Dekabr 2019 13:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin