Bıçaqlanan polisdən xəbər var

Bıçaqlanan polisdən xəbər var

Yaralı hazırda reanimasiya şöbəsində müalicə alır


Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bıçaqlanan polis əməkdaşının durumunun ağır stabil oldğu bildirilir: "Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir".

 

Xatırladaq ki, dekabrın 26-da saat 19 radələrində Tərtər rayonunun Buruc kəndində 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Müəllif: Ayna.az      27 Dekabr 2019 12:15
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin