Tərtərdə polis mayoru bıçaqlandı

Tərtərdə polis mayoru bıçaqlandı

Polis mayoruna 5 bıçaq zərbəsi vurulub 

 

Tərtərdə polis mayoruna sui-qəsd olub.

 

AYNA-nın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, dekabrın 26-da rayonun Burunc kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib.

 

Bununla bağlı polisə çağırış daxil olub və Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov həmin evə gedib.

 

S. Nəcəfov mübahisə zamanı mayor E. Aslanova 5 bıçaq zərbəsi vurub, onlardan 4-ü qarnına dəyib.

 

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. S. Nəcəfov şübhəli şəxs qismində tutulub.

Müəllif: Ayna.az      27 Dekabr 2019 09:44
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin