Netanyahu “Likud” lideri seçkilərində qələbə qazandı

Netanyahu “Likud” lideri seçkilərində qələbə qazandı

Netanyahunun seçkilərdəki əsas rəqibi Qideon Saar olub

 

İsrailin Baş naziri Binyamin Netanyahu “Likud” partiyasının lideri postuna keçirilən daxili seçkilərdə qələbə qazanıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrailin “13-cü Kanal”ı ekzitpolun nəticələrinə əsasən məlumat yayıb. Bildirilir ki, Netanyahu 70%-dən çox səs toplayıb. Onun seçkilərdəki əsas rəqibi keçmiş daxili işlər naziri Qideon Saar olub.  Saar 49,15% səs toplaya bilib. 

 

Netanyahu qələbə qazanması ilə bağlı Tvitter hesabında belə yazıb: 

 

“Böyük qələbə! Dostlarıma və “Likud” partiyasının üzvlərinə inama, dəstəyə və sevgiyə görə təşəkkür edirəm. Allahın və sizin köməyinizlə “Likud”u qarşıdakı seçkilərdə daha böyük qələbələrə aparacağam və İsrail dövlətini görünməmiş nailiyyətlərə aparmağa davam edəcəyəm”.

Müəllif: Ayna.az      27 Dekabr 2019 06:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin