Telefonda Suriya və İranı müzakirə ediblər

Telefonda Suriya və İranı müzakirə ediblər

Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub 

 

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş Naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. 

 

AYNA bildirir ki, bu barədə Kremlin mətbuat xidməti və İsrail Baş Nazirinin dəftərxanasından məlumat verilib.

 

Qeyd edilir ki, İsrail tərəfinin təşəbbüsü ilə baş tutan söhbət əsnasında ölkə liderləri Suriyadakı situasiyanı, İran mövzusunu, eləcə də Putinin 2020-ci ilin yanvarında İsrailə edəcək səfəri kontekstində ikitərəfli münasibətlərə aid məsələləri müzakirə ediblər.

 

“Prezident Putin Baş Nazir Netanyahunu Xanuka, Baş Nazir Netanyahu isə Prezident Putini Yeni il münasibəti ilə təbrik edib”, - Netanyahunun dəftərxanasından bildirilib.

Müəllif: Ayna.az      27 Dekabr 2019 03:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin