Azərbaycanda iki qadın bir kişini belə döydü – VİDEO

Azərbaycanda iki qadın bir kişini belə döydü –     VİDEO

Baş verən hadisə rayon polis şöbəsində qeydiyyata alınıb

 

Ağcabədi rayonunda xoşagəlməz hadisə yaşanıb. Yoldan keçən iki qadın təmizlik işçisi olan kişini döyməyə başlayıb. Ətrafda olan təmizlik işçiləri onları ayırmağa çalışıblar. Bu zaman ərazidə olan bir oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb.

 

Oxu.az xəbər verir ki, döyülən kişi Ağcabədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisidir.

 

Daxili İşlər Nazirliyi (DİN) yayılan məlumata münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, baş verən hadisə Ağcabədi Rayon Polis Şöbəsində qeydiyyata alınıb: “Məsələ barədə RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır”.

 

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Müəllif: Ayna.az      26 Dekabr 2019 19:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin