Şimal-qərb bölgəsində meşə yanğını

Şimal-qərb bölgəsində meşə yanğını

Əraziyə iki nazirliyin əməkdaşları cəlb olunub

 

Şəki şəhərinin Kiş kəndində, meşə ərazisində 0,5 ha sahədə kol-kos, ağac kötükləri və xəzəl yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Meşə yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      26 Dekabr 2019 18:01
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin