Qonşuda meşə yanğınları davam edir

Qonşuda meşə yanğınları davam edir

Güclü külək yanğının yayılmasına səbəb olub

 

Gürcüstanın  Şida Kartli bölgəsində baş verən genişmiqyaslı meşə yanğınlarının qarşısını almaq mümkün olmadığından, bölgəyə DİN-nin sərhəd polisinin iki helikopteri cəlb olunub.

 

AYNA xarici mətbuata istinadən verdiyi xəbərə görə, Gürcüstanın fövqəladə hallar xidməti bildirib ki, hazırda yanğının lokallaşdırılması üçün ölkənin 4 bölgəsində-Şida Kartli, Samçx-Cavaxeti, Mçxeta-Mtianeti və Kaxetiyada Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Mqebrişvilinin başçılığı altında 200-dən çox yanğın mühafizəçisi çalışır.

 

Məlumatda bildirilir ki, Sameqrelo-Zemo Svaneti bölgəsində 4 hektarlıq xurma və qoz ağacları olan plantasiya yanıb məhv olub.

 

Kəndlilərin sözlərinə görə, yanğın meşənin qurumuş kiçik ağac tayasından başlayıb, güclü külək yanğının yayılmasına səbəb olub.

Müəllif: Ayna.az      26 Dekabr 2019 16:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin