Seçki məntəqəsi yanıb - VİDEO

Seçki məntəqəsi yanıb -     VİDEO

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub

 

Şəki şəhərinin Böyük Dəhnə kəndində yanğıjn olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 300 m² sahədə yanıb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanan binada Kənd Mədəniyyət Klubuna məxsusdur ki, orada da Məntəqə Seçki Komissiyası (MnSK) və kənd bələdiyyəsi yerləşir. Yanğın MnSK hissədə baş verib və binanın 90 faizi tam yanıb. Yanğının bələdiyyənin yerləşdiyi hissəyə keçməsinin qarşısı alınıb.

Müəllif: Ayna.az      26 Dekabr 2019 11:24
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin