Bakıda 26 yaşlı gənci ürəyindən bıçaqladılar

Bakıda 26 yaşlı gənci ürəyindən bıçaqladılar

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib

 

Nizami rayonunda bıçaqlanma hadidəsi baş verib.  

 

AYNA Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Lotos” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.  

 

Belə ki, Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəmnində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.  

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az      26 Dekabr 2019 01:44
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin