Onlar 6 metr məsafədən xəstəliyə yoluxdura bilirlər – XƏBƏRDARLIQ

Onlar 6 metr məsafədən xəstəliyə yoluxdura bilirlər –       XƏBƏRDARLIQ

Həkim: “Qripə yoluxan xəstələr 3 gün ərzində məktəbə, işə getməməlidirlər”

 

Payız-qış mövsümü gəldisə, qrip qapımıza dayanır. Hazırda da hər beş nəfərimizdən üçü bu virusdan əziyyət çəkir. Dava-dərman etməyimizə baxmayaraq, xəstəlik günlərlə canımızdan çıxmır.

 

Qrip virusu, onun geniş yayılma səbəbləri və qorunma yolları barədə AYNA-nın suallarını həkim-epidemioloq Nüsrət Kərimov cavablandırıb.

 

- Doktor, sanki bu il qripə yoluxanların sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bunun nə ilə izah etmək olar?

 

- Əvvəlki illərə nisbətən qripin çoxalmasının, daha geniş yayılmasının səbəbi orqanizmin immun sisteminin aşağı düşməsidir. C vitamini tərkibli qidalar qəbul edilmədiyi üçün qrip xəstəliyi kütləvi hala çevrilir. Qrip süzülən virusdur, orqanizm özü məhv edir. Orqanizmə antibiotiklər tərəfindən müdaxilə olunduqda qrip öz ştampını, formasını dəyişir. Həmin antibiotikə qarşı antitellər yaranır, ona uyğunlaşmalar verdiyinə görə orqanizmin məhvetmə qabiliyyətini zəiflədir.

 

Qrip xəstəliyi hava damcı üsulu ilə keçir. Orqanizm tərəfindən məhv olunur. Heç bir antibiotik, heç bir dərman preparatı kömək etmir. Qrip xəstəliyinin qarşısını almaq üçün orqanizmin immun gücünü artırmaq lazımdır. C tərkibli meyvə-tərəvəz qəbul etmək lazımdır.

Müəllif: Ülviyyə Şahin      26 Dekabr 2019 10:17
Cəmiyyət bölməsinə aid digər xəbərlər
29 Sentyabr
15:35
Monoetnik Ermənistandan multikultural Azərbaycana qarşı UCUZ TƏXRİBAT
29 Sentyabr
14:53
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - PREZİDENT
29 Sentyabr
13:22
İnternetə senzuranın tətbiqi təqdirəlayiqdir, amma iki problemli məqam var
29 Sentyabr
10:29
Mənim qardaşım belə eləməzdi – AXI NİYƏ?!
28 Sentyabr
23:14
Keçmişə qayıdış: Ərzaq talonları əvəzinə vətəndaşın rifahını yaxşılaşdırın
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin