MDB məkanında sondan dördüncü yerdəyik

MDB məkanında sondan dördüncü yerdəyik

Azərbaycan orta aylıq əməkhaqqı göstəricinə görə qonşu Ermənistan və Gürcüstandan geri qalır

 

Azərbaycan orta aylıq əməkhaqqı göstəricinə görə hələ də autsayderlər sırasındadır. Bu qənaəti MDB Statistika Komitəsinin hesablamaları təsdiq edir.

 

MDB Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq əməkhaqqı 320 avro və ya 355 dollar təşkil edib. Bu göstərici sentyabr artımları nəzərə alınmaqla hesablansa da, yenə Azərbaycan orta aylıq əməkhaqqı göstəricinə görə qonşu Ermənistan və Gürcüstandan geri qalır.

 

Umumiyyətlə isə Azərbaycan əməkhaqqı göstəricisinə görə, MDB məkanında yalnız Qırğızıstan, Özbəkistan və Tacikistandan irəli çıxa bilib, Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Moldova və qonşu Qafqaz ölkələrindən geri qalır.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim      25 Dekabr 2019 11:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin