Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

Dövlət başçısı İsrail və Əlcəzairdən olan diplomatlarla görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də iki ölkənin Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə Prezident İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib.

Daha sonra ölkə rəhbəri Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib.

Müəllif: Ayna.az      25 Dekabr 2019 11:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin