“Sterminator” sərhədimizi keçə bilməyib

“Sterminator” sərhədimizi keçə bilməyib

Yük yerində pirotexniki vasitələri gizlədərək keçirmək istəyib

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Lakin yoxlama zamanı avtomobilin yük yerində düzəldilən gizli saxlanc yerində 240 ədəd üzərində "Sterminator" və 450 ədəd "Bird Egg Cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      25 Dekabr 2019 10:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin