Pərviz Müşərrəfin edam cəzasına yenidən baxılacaq

Pərviz Müşərrəfin edam cəzasına yenidən baxılacaq

Şikayətə 3 hakimdən ibarət heyət baxacaq

 

Lahor Ali Məhkəməsi Pakistanın xüsusi məhkəməsinin sabiq prezident Pərviz Müşərrəf haqqında çıxardığı edam cəzası ilə bağlı apelyasiya şikayətinə baxacaq.

 

AYNA xəbər verir ki, bu barədə “Samaa” kanalı məlumat yayıb. Xüsusi məhkəmənin qərarından verilən şikayətə 3 hakimdən ibarət heyət baxacaq. İlk məhkəmə iclası 2020-ci il yanvarın 9-da olacaq.

 

Xatırladaq ki, dekabrın 17-də dövlətə xəyanət ittihamı ilə Pərviz Müşərrəf edam cəzasına məhkum edilib.

Müəllif: Ayna.az      25 Dekabr 2019 04:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin