Trabzondakı yanğınlarda terror əli

Trabzondakı yanğınlarda terror əli

Terrorçular 22 müxtəlif ərazidə bilərəkdən yanğın törədiblər

 

Dünən Trabzonda başlamış meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, PKK-ya yaxın media orqanlarında yayılan xəbərlərə görə, terrorçular 22 müxtəlif ərazidə bilərəkdən yanğın törədiblər.

 

Qeyd edək ki, 2 gündür davam edən yanğınlar Giresun, Ordu, Rize və Artvinə yayılıb. 6 evə ziyan dəyib. Yanğın baş verən ərazilərə yaxın yaşayanlar təxliyyə olunublar.

Müəllif: Ayna.az      25 Dekabr 2019 03:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin