Kinosevərlərə sevindirici xəbər

Kinosevərlərə sevindirici xəbər

Qarşıdan gələn Yeni il bayramı və qeyri-iş günləri “Park Cinema” üçün xüsusi əhəmiyyət kəsb edəcək

 

 AYNA xəbər verir ki, 2019-cu ili yola salan “Park Cinema” yeni kinoteatr açacaq. Düzdür, bu addım müvvəqəti xarakter daşısa da, Badamdarda və yaxın ərazidə yaşayanlar və tıxaclı yollara çıxmaq istəməyənlər üçün “Pullman” otelində seanslar təşkil edəcək. 31 dekabrdan “Pullman”da rejissor Onur Tanın “Aman Reis Duymasın”, 2 yanvardan isə Mahsun Kırmızıgülün “Mucize 2: Aşk” filmləri nümayiş olunacaq.

 

Hər iki film azərbaycanlı tamaşaçıları tərəfindən səbirsizlıklə gözlənilir. “Türk kinosu Azərbaycanda tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir. Bu il ərzində şəbəkəmizdə “7. Koğuştaki Mucize” və “Recep İvedik-6”
ən baxılan filmlərinin siyahısındadır. Ümidvaram ki, “Aman Reis Duymasın” və “Mucize 2: Aşk” da tamaşaçıların xoşuna gələcək”, - “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib.

 

“Pullman”dakı seanslara biletlər artıq satışdadır. “Bu oteldə fəaliyyət göstərən auditoriya zalı bütün standardlara uyğundur. İstisna etmirəm ki, gələcəkdə bəzi filmlər o cümlədən “Pullman”da da nümayiş olunsun. Təbii ki, həmin filmlərə “Park Cinema”ya aid olan “Park Bulvar”, “Metropark”, “Flame Towers” və “Zagulba Mall”dakı kinoteatrlarda baxmaq mümkün olacaq”, - Fətəliyev deyib.

 

"Park Cinema" Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində "Flame Towers"də yerləşən "IMAX 3D", "Park Bulvar"da fəaliyyət göstərən "LaseR" və "Metropark"dakı "Birkart Dolby Atmos" zalı var.
"Park Cinema" IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.


Biletləri "Park Cinema"nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Müəllif: Ayna.az      24 Dekabr 2019 20:02
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin