Təhsil naziri: “Şənbə-bazar günləri dərs olacaq”

Təhsil naziri: “Şənbə-bazar günləri dərs olacaq”

Ceyhun Bayramov: “Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib”

 

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günləri təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək. Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib.

 

Xatırladaq ki, Nazirlər Kabineti, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərini dəyişib. Qərara əsasən, vətəndaşlar dekabrın 31-də, eləcədə də yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.

Müəllif: Ayna.az      24 Dekabr 2019 15:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin