Paytaxt sakini özünü binanın damından atmaq istəyib

Paytaxt sakini özünü binanın damından atmaq istəyib

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: Ayna.az      24 Dekabr 2019 14:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin