Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib

Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib

“Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı, həyata keçirilən kompleks islahatlar və ölkənin dünya arenasında müsbət imicinin möhkəmlənməsi Sizin adınızla sıx bağlıdır”

 

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə ən səmimi təbrikləri qəbul edin.

 

Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı, həyata keçirilən kompleks islahatlar və ölkənin dünya arenasında müsbət imicinin möhkəmlənməsi Sizin adınızla sıx bağlıdır.

 

Dövlətlərimiz arasında etimada əsaslanan münasibətlərin çox yüksək səviyyəsinə və strateji xarakterinə böyük dəyər verirəm. Əminəm ki, Minsk ilə Bakının möhkəm dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan çoxşaxəli tərəfdaşlığı bundan sonra da uğurla inkişaf edəcək.

 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, həmçinin qardaş Azərbaycan xalqının tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.

 

Qeyd edək ki, bu gün İlham Əliyevin 58 yaşı tamam olur.

Müəllif: Ayna.az      24 Dekabr 2019 12:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin