Liftdə qalan sakinlər çıxarılıb

Liftdə qalan sakinlər çıxarılıb

Xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov, Nəsimi və Suraxanı rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az      24 Dekabr 2019 11:23
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin