Trabzonda meşə yanğınları - FOTOLAR

Trabzonda meşə yanğınları -        FOTOLAR

Alovun qarşı çətinliklə alınıb

 

Türkiyənin Trabzon şəhərinin Arsin mahalında meşə yanğını başlayıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bölgəyə yanğınsöndürənlər göndərilib. Alovun qarşı çətinliklə alınıb. Bundan başqa, şəhərin 10 mahalının 22 müxtəlif nöqtəsində də yanğın hadisəsi qeydə alınıb. Bu səbəbdən şəhər rəhbərliyi böhran masası yaradıb.

 

Güclü külək və havanın temperaturunun artması səbəbindən qarşıdakı saatlarda diqqətli və tədbirli olmaq tapşırılıb.



Müəllif: Ayna.az      24 Dekabr 2019 04:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin