Xorvatiyada prezident seçkilərinin birinci turunun qalibi bilindi

Xorvatiyada prezident seçkilərinin birinci turunun qalibi bilindi

İkinci mərhələ 2020-ci il yanvarın 5-də keçiriləcək

 

Müxalif Sosial-demokrat Partiyasından olan Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərinin birinci turunun qalibi olub.

 

AYNA “TASS”a istinadən xəbər verir ki, o, seçicilərin 50%-dən çoxunun səsini toplayıb. İkinci yerdə hazırkı prezident Kolinda Qrabar-Kitaroviç qərarlaşıb.

 

Qeyd edək ki, seçkilərdə seçici fəallığı 51,19% təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 100 min nəfər çoxdur.

 

İkinci mərhələ 2020-ci il yanvarın 5-də keçiriləcək. Həmin turda Milanoviçlə Qrabar-Kitaroviç mübarizə aparacaqlar.

Müəllif: Ayna.az      24 Dekabr 2019 02:04
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin