İçməli suyun verilişi dayandırıldı

İçməli suyun verilişi dayandırıldı

Bir sıra ərazilərdə içməli suyun verilişində problem yaranıb 

 

Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

 

AYNA xəbər verir ki, bu haqda “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, mütəxəssislər və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Müəllif: Ayna.az      23 Dekabr 2019 23:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin