MSK sosial şəbəkədə yayılan görüntüləri araşdırır

MSK sosial şəbəkədə yayılan görüntüləri araşdırır

“Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin"

 

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb.

 

AYNA Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov vurğulayıb ki, hər hansı bir xoşagəlməz hal varsa, bununla bağlı dairə seçki komissiyalarına müraciət edilməlidir: “Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin. Xoşagəlməz hallarla bağlı ilk növbədə dairə seçki komissiyalarına müraciət edilməlidir. Dairə seçki komissiyasının qərarından narazı qaldıqları halda Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bütün halar Seçki Məcəlləsinə uyğun ciddi şəkildə araşdırılacaq. Heç kəs çəkinməməlidir”.

Müəllif: Ayna.az      23 Dekabr 2019 21:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin