Zəncirvari qəzada 69 avtomobil toqquşub

Zəncirvari qəzada 69 avtomobil toqquşub

Qəza nəticəsində 51 nəfər yaralanıb

 

ABŞ-ın Virciniya ştatında qeyri-adi avtomobil qəzası baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ştatın Villiamsburq şəhərində 69 avtomobil toqquşaraq zəncirvari qəza şəraitinin yaranmasına səbəb olub.

 

Virciniya Dövlət Polisi qəzanın səhər 07:50 radələrində Villiamsburq şəhərinin dövlətlərarası magistral yolunda meydana gəldiyini və qəzanın bir sıra fəsadlar yaratdığını açıqlayıb.

 

Səlahiyyətlilər qəza nəticəsində 51 nəfərin yaralandığını və yaxınlqıdakı xəstəxanalara yerləşdirildiyini bildirib.

Müəllif: Ayna.az      23 Dekabr 2019 19:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin