Jurnalistin qətlində ittiham olunan şəxslər azadlığa buraxılıb

Jurnalistin qətlində ittiham olunan şəxslər azadlığa buraxılıb

Qətllə bağlı daha 5 nəfər i edam cəzasına məhkum edilib

 

Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı 5 nəfəri edam cəzasına məhkum edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistin ölümündə ittiham olunan Səud əl-Kahtani və Səudiyyə kəşfiyyatının keçmiş vitse-prezidenti Əhməd Asir isə Səudiyyə hökuməti tərəfindən azadlığa buraxılıb.

 

Belə ki, jurnalistin qətlindən sonra dünyanın diqqəti Səudiyyə Ərəbistanına yönəlmişdi. Qaşıqçının qatillərini tapmaq və cəzalandırmaq üçün ölkə rəhbərliyinə təzyiqlər vardı.

 

Qeyd edək ki, jurnalistin öldürülməsindən sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Camal Qaşıqçının öldürülməsinə görə, bütün məsuliyyəti öz üzərinə götürdüyünü açıqlamışdı.

Müəllif: Ayna.az      23 Dekabr 2019 17:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin