Bakıya təbrik məktubları gəlməkdə davam edir

Bakıya təbrik məktubları gəlməkdə davam edir

Daha bir sıra ölkə rəhbərləri İlham Əliyevi təbrik edib

 

Məlum olduğu kimi, dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə xarici dövlət və hökumət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən Bakıya təbrik məktubları gəlməkdə davam edir.

 

Bu sırada Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və digərləri Azərbaycan Prezidentini təbrik ediblər.

Müəllif: Ayna.az      23 Dekabr 2019 16:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin