Məzahir Pənahov: “Əlimizdən gələni etmişik ki...”

Məzahir Pənahov: “Əlimizdən gələni etmişik ki...”

MSK sədru: “Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır”

 

“Seçki məntəqələri seçkilərin ən yüksək səviyyədə keçirilməsinə hazırdır. Bütün ölkə üzrə 5049 seçki məntəqəsinin hamısı yoxlanılıb”.

 

AYNA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlama verib. Sədr budəfəki seçkilərdə tətbiq olunacaq yenilikdən də danışıb. Bildirib ki, Azərbaycanda seçkilərdə ilk dəfə yeni nəsil şəxsiyyət vəsiqələri istifadə olunur.

 

“Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb. Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır. Məlumatların oxunması üçün seçki dairələri və məntəqələrinə göndərilən qurğulardan istifadə çox sadədir. Ona görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz”, - Pənahov bildirib.

 

“Amma seçkidə müəyyən maraqlı tərəflər olduğu üçün (bu dünyanın bütün yerlərində belədir), onlar müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın. Gəldiyimiz nəticə ondan ibarətdir ki, Azərbaycan seçicisinin öz Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün hər bir şərait yaradılıb”, - MSK sədri vurğulayıb.

Müəllif: Ayna.az      23 Dekabr 2019 14:47
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin