Milli Məclisin qapıları taybatay açılıb, hamı keçsin içəri

Milli Məclisin qapıları taybatay açılıb, hamı keçsin içəri

Və ya parlamentin yeni üzvləri cəmiyyəti təəccübləndirə biləcəkmi?

 

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri cəmiyyətdə ən aktual və müzakirə olunan mövzudur. Səbəblər çoxdur, amma əsas səbəb odur ki, ölkədə əsl siyasi ab-hava bərqərar oldu və siyasi mübarizənin “hərarəti” hiss olunur. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var, amma nə olursa olsun, bir şey daimi olaraq qalacaq - bu seçkilər əvvəlkilərdən fərqli olaraq əhalinin bütün təbəqələrinin böyük marağına səbəb oldu. Ancaq hər bir şey haqqında növbə ilə danışaq.

 

Açıq etiraf etmək lazımdır ki, bütövlükdə Azərbaycan cəmiyyətinin siyasi sistemə və seçki prosesinə marağı itib. Çünki vətəndaşların reallıqda gördükləri ilə televiziyada siyasətçilərin, deputatların və məmurların dilindən eşitdikləri tamamilə fərqli idi. "Fantaziyalar" eşitməmək və oxumamaq üçün Azərbaycan cəmiyyəti yerli mediadan imtina etdi. İndi media azərbaycanlı oxucunu və izləyicisini necə geri qaytarmaq barədə düşünür. Ancaq bu problemləri araşdırmayacağıq.

 

Digər bir qıcıqlandırıcı amil ölkədə hər hansı bir siyasi hadisənin və ya prosesin olmaması idi. Əlbəttə ki, bütün bu müddət ərzində ölkədə bəzi hadisələr baş verdi, amma bütün bu proseslər Azərbaycan cəmiyyətindən yan keçdi. Hər şey yuxarılarda, bağlı qapılar arxasında, şayiələrdə, üstəlik fərqli və həmişə etibarlı olmayan şayiələrdə baş verirdi, buna görə də Azərbaycan cəmiyyətinin yerli siyasətə olan hər hansı marağı nə qədər idisə, indi də bir o qədərdir. Məsələn, “Uruqvay xəbərlərini” oxumaq yerli xəbərlərdən daha maraqlı idi.

Müəllif: Nicat Hacıyev      23 Dekabr 2019 16:00
Siyasət bölməsinə aid digər xəbərlər
29 Sentyabr
13:22
İnternetə senzuranın tətbiqi təqdirəlayiqdir, amma iki problemli məqam var
29 Sentyabr
10:29
Mənim qardaşım belə eləməzdi – AXI NİYƏ?!
28 Sentyabr
23:14
Keçmişə qayıdış: Ərzaq talonları əvəzinə vətəndaşın rifahını yaxşılaşdırın
28 Sentyabr
22:05
“Azərbaycan uğurlu əks-hücum əməliyyatları həyata keçirir” - PREZİDENT
28 Sentyabr
21:15
“Ermənistan iflic vəziyyətdədir”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin