Nazirlərin görüşü olub

Nazirlərin görüşü olub

Məmmədyarovla Çavuşoğlu Tbilisidə görüşüblər

 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub. AYNA xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə baş tutan görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələri nəzərdən keçiriblər. Gələcək əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az      23 Dekabr 2019 14:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin