Məscidə göndərilən məktubun içindən donuz şəkli çıxıb

Məscidə göndərilən məktubun içindən donuz şəkli çıxıb

Məktubda türklərə və ərəblərə qarşı da ağır təhqirlər yer alıb

 

Almaniyanın Duisburq şəhərində xoşagəlməz hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə yerləşən məscidə, içində donuz şəkli və təhqiramiz ifadələr yer alan məktub göndərilib.

 

Diyanət İşləri Türk-İslam Birliyinin (DİTİB) nəzdində fəaliyyət göstərən “Muradiye” adlı məscidə göndərilən məktubda İslam dini ilə yanaşı, türklərə və ərəblərə qarşı da ağır təhqirlər yer alıb.

 

Məktubun Münhen şəhərindən göndərildiyi qeyd olunsa da, şəxsin adının və ünvanının saxta olduğu ehtimal olunur. Məscid dərnək idarəçiləri tərəfindən əldə edilən məktub yerli polis idarəsinə təhvil verilib.

Müəllif: Ayna.az      23 Dekabr 2019 12:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin