Bakıdakı güllələnmə barədə yeni məlumatlar üzə çıxır - FOTOLAR

Bakıdakı güllələnmə barədə yeni məlumatlar üzə çıxır -     FOTOLAR

Güllələnən şəxs bir neçə ay əvvəl qısamüddətli həbsdə olub

 

Dünən Yasamal rayonunda güllələnən Zülfü Muradovla bağlı yeni məlumatlar ortaya çıxıb. AYNA Qafqazinfo-ya istinadən xəbər verir ki, Z.Muradov topdansatış meyvə ticarəti ilə məşğul olur.

 

Məlumata görə, o, bir neçə ay əvvəl qısamüddətli həbsdə olub. Bu günlərdə isə sosial şəbəkədə hesabında, məclislərdən birində məşhur meyxanaçı Rəşad Dağlı ilə birgə fotosunu paylaşıb.

 

Qeyd edək ki, Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

 

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində naməlum şəxs tərəfindən tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Ondan başqa, sərnişini İlkin Babayev də güllələnib. O, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

 

Hazırda fakt üzrə araşdırma aparılır.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      23 Dekabr 2019 12:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin