Hökumət bələdiyyələrin “yükündən” qurtulmalıdır

Hökumət bələdiyyələrin “yükündən” qurtulmalıdır

Kənddə işıq kəsiləndə də camaat Prezidentə müraciət edir

 

Hökumətin ağıllı siyasəti, sistemli yanaşması olsa, Bələdiyyə institutunu gücləndirər. Məmləkətdə elə bir sərt vertikala söykənən iradəetmə sistemi qurulub ki, kənddə, qəsəbədə, rayonda, şəhərdə su gəlməyəndə, kanalizasiya sistemi işləməyəndə, qaz-işıq kəsiləndə, yol olmayanda, nəqliyyat yaxşı çalışmayanda hamı bu lokal problemlərin həll yolunu Prezidentdən gözləyir, ona məktub yazır, müraciət edir, həll olmayanda da onun nüfuzuna xələl gəlir.

 

Absurd sistemdir, əslində mərkəzi hökumət səlahiyyəti və məsuliyyəti tək əldə cəmləməklə böyük səhv edir. Mərkəzi hökumət gözlənti formalaşdırır, sonra da bu gözlənti özünü doğrultmayanda bütün tənqid Bakıya yönəlir - çox absurd sistemdir.

 

Bakı gərək məsuliyyəti bölüşsün, bunun üçün isə səlahiyyəti də bölüşmək lazımdır. Bələdiyyələrə səlahiyyət verməklə məsuliyyət də yükləmək olar, bu zaman yerli özünüidarə institutlaşar, mərkəzi hökumətin də canı bir çox məişət məsələlərinin həllindən qurtular - əhali öz problemini özü seçdiyi bələdiyyə ilə həll etməyi öyrənər.

 

Məntiq, bəşəriyyətin inkişafı, çağdaş ölkələrin təcrübəsi məhz bunu deyir. YAP isə bələdiyyələri ölü doğdu, böyüməyə qoymadı. Nəticədə yerli özünüidarə institutlaşmaq əvəzinə mənasızlaşdı...

Müəllif: Natiq Cəfərli, REAL-ın icraçı katibi, iqtisadçı-ekspert      23 Dekabr 2019 13:22
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin