İlham Əliyev təbrik məktubları alır

İlham Əliyev təbrik məktubları alır

Xarici ölkə rəhbərləri Azərbaycan Prezidentini təbrik edirlər

 

Dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə xarici dövlət və hökumət başçılarından Bakıya təbrik məktubları ünvanlanır.

 

Azərbaycan Prezidentini təbrik edənlər sırasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Livan Respublikasının sabiq Prezidenti Amin Cemayel, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və digərləri var.

 

Qeyd edək ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü ildən Azərbaycana rəhbərlik edir.

Müəllif: Ayna.az      23 Dekabr 2019 11:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin