Turizm naziri hökumət başçısı oldu

Turizm naziri hökumət başçısı oldu

Krusun namizədliyi deputatlar tərəfindən təsdiqlənib

 

Kubada Turizm naziri Manuel Marrero Krus hökumət başçısı seçilib.

 

AYNA-nın  “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə ölkə parlamentinin Tvitter səhifəsində yazılıb.

 

Krusun respublikanın Baş Naziri vəzifəsinə namizədliyi Kuba Xalq Hakimiyyəti Milli Məclisinin deputatları  tərəfindən təsdiq edilib.

 

Qeyd edək ki, Krusun bu posta namizədliyini Kuba Prezidenti Miqel Dias-Kanel irəli sürmüşdü.

Müəllif: Ayna.az      23 Dekabr 2019 02:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin