Makron prezident pensiyasından imtina edib

Makron prezident pensiyasından imtina edib

Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib

 

Fransa prezidenti Emmanuel Makron ona ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ayrılan pensiyadan imtina edib.

 

AYNA-nın məlumatına görə, bu barədə Yelisey Sarayındakı mənbəyə istinadən "Parisien" bildirib.

 

Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan  məbləğdən imtina etmək barədə qərar qəbul edib.

 

Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.

 

Makronun qərarı dövlət başçısının "ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək" arzusu ilə izah olunur.

Müəllif: Ayna.az      22 Dekabr 2019 16:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin