Xorvatiyada prezident seçkiləri keçirilir

Xorvatiyada prezident seçkiləri keçirilir

Dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb

 

Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir.

 

AYNA xəbər verir ki, 3,85 milyon vətəndaşın seçki hüququna malik olduğu ölkədə Prezident 5 il müddətinə seçilir.

 

Qeyd edək ki, dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb. Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviç, sabiq Baş Nazir Zoran Milanoviç və musiqiçi Miroslav Şkoro favoritlər arasındadır. Namizədlərdən heç biri 50 faizdən çox səs yığmasa, 14 gündən sonra seçkilərin ikinci turunda ən çox səs toplayan iki namizəd iştirak edəcək.

Müəllif: Ayna.az      22 Dekabr 2019 15:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin