Polis gücləndirilmiş iş rejiminə keçdi

Polis gücləndirilmiş iş rejiminə keçdi

Polisin gücləndirilmiş iş rejimində xidmət aparması dekabrın 25-dək davam edəcək

 

Azərbaycan polisi bələdiyyə seçkiləri ilə əlaqədar bu gündən gücləndirilmiş iş rejiminə keçib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə daxili işlər orqanları dekabrın 22-dən gücləndirilmiş iş rejimində xidmət aparacaq.

 

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq, post-patrul xidməti naryadlarının sayı artırılacaq.

 

Əmrdə qeyd olunub ki, Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.

 

Polisin gücləndirilmiş iş rejimində xidmət aparması dekabrın 25-dək davam edəcək. 

 

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Müəllif: Ayna.az      22 Dekabr 2019 00:54
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin