"ABŞ tezliklə “nəfəs almağı” da qadağan edəcək" - Zaxarova

"ABŞ tezliklə “nəfəs almağı” da qadağan edəcək" -     Zaxarova

"Onsuz da çoxları bunu edəcək” 

 

Ölkələrə iqtisadiyyatın real sektorunun inkişafını qadağan edən ABŞ tezliklə onlardan “nəfəs almağı dayandırmağı” da tələb edə bilər.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Şimal axını-2” və “Türk axını” qaz kəməri layihələrinə qarşı sanksiyaların qüvvəyə minməsi məsələsini şərh edərkən deyib.

 

“22 trilyon dollar dövlət borcu olan ölkə kredit qabiliyyətli ölkələrə iqtisadiyyatının real sektorunu inkişaf etdirməyi qadağan edir”, - Zaxarova bildirib.

 

Onun sözlərinə görə, ABŞ-ın borclu həyat ideologiyası yeni “iqtisadi həbsə” icazə verməklə dünya rəqabətinə tab gətirə bilməyib.

 

“Tezliklə dərhal nəfəs almağı dayandırmağı tələb edəcəklər. Onsuz da çoxları bunu edəcək”, - Zaxarova qeyd edib.

Müəllif: Ayna.az      21 Dekabr 2019 23:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin