"Twitter"dən qadağa

"Twitter"dən qadağa

"Twitter” Səudiyyə Ərəbistanından olan istifadəçilərə qadağa tətbiq edib

 

“Twitter” şirkəti çox sayda səudiyyəli “Twitter” istifadəçisinin hesabını "yalan məlumat yaymaq" səbəbilə əngəllədiyini açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bağlanmış hesabların 88 min civarında olduğu bildirilib.

 

“Twitter” silinən hesabların Səudiyyə dövlət qurumlarına və bu qurumlarda fəaliyyət göstərən şəxslərə aid olduğunu vurğulayıb: “Platformamızın manipulyasiya siyasətini pozduğuna görə bağladığımız hesablar haqqında geniş məlumat paylaşacağıq. Araşdırmalarımız nəticəsində məlum olub ki, bu hesablar Səudiyyə Ərəbistanının dəstəklədiyi məlumat əməliyyatçılarının işidir və onlar yalan məlumat yaymaqla məşğuldurlar”.

 

Bundan əlavə, Səudiyyə Ərəbistanı mərkəzli "Smaat" adlı sosial media və marketinq şirkəti tərəfindən həyata keçirilən təbliğat işləri və bu şirkətin Səudiyyə hökumətinin sosial media hesablarını idarə etməsi də “Twitter”i narazı salan səbəblərdən olub. Bu baxımdan, həmin şirkət və şirkət rəhbərlərinin də “Twitter”dən istifadəsi qadağan edilib.

Müəllif: Mərahim Nəsib      21 Dekabr 2019 21:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin