DİN qızın avtobusda öldürülməsi xəbərinə reaksiya verdi

DİN qızın avtobusda öldürülməsi xəbərinə reaksiya verdi

"Belə bir hadisə qeydə alınmayıb"

 

Daxili İşlər Nazirliyi marşrut avtobusunda gənc qızın öldürülməsi xəbərlərinə münasibət bildirib. 

 

AYNA xəbər verir ki, DİN-in yaydığı məlumatda deyilir:

 

“Bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb.

 

Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

 

Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə 165 nömrəli marşrut avtobusunda qızla oğlan arasında mübahisədən sonra sonuncunun bıçaqla qızı ağzından vuraraq öldürməsi haqda məlumatlar yayılmışdı.

Müəllif: Ayna.az      21 Dekabr 2019 14:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin